AFFA Santuşa təzminat ödədi - MƏBLƏĞ
İdman
812
12:03, Bu gün

AFFA Santuşa təzminat ödədi - MƏBLƏĞ

AFFA milli komandanın baş məşqçisi postundan istefaya göndərilən Fernandu Santuşa təzminatı ödəyib.
 
Moderator.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.
 
Bildirilib ki, onunla müqavilədə yer alan bütün şərtlərə əməl edilib.
 
AFFA rəsmi şəkildə bu məbləği açıqlamasa da, əldə etdiyimiz məlumata görə, ona 1 milyon 800 min avro (3 milyon 700 min manat) təzminat ödənilib.
 
Xatırladaq ki, Fernandu Santuş ötən ayın 8-i istefaya göndərilib.
 
Link kopyalandı!
Son xəbərlər