Bizi sosial şəbəkələrdən izləyin:
Fransa Futbol Federasiyası (FFF) millinin kapitanı Kilyan Mbappenın durumuna aydınlıq gətirib.
Moderator.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu komandasının oktyabrın 13-də səfərdə keçirəcəyi İslandiya ilə oyununu buraxacaq.
O, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində təşkil olunacaq matç üçün Reykyavikə aparılmayacaq. Mbappe müalicə almaq üçün üzvü olduğu İspaniyanın “Real Madrid” klubunun düşərgəsinə qayıdacaq.
Yığmanın baş məşqçisi Didye Deşam Mbappenin əvəzinə futbolçu çağırmaq niyyətində deyil.
Qeyd edək ki, Kilyan Mbappe ötən gün Parisdə Azərbaycanı 3:0 hesabı ilə məğlub etdikləri oyunda topuğundan zədələnib. O, görüşün 83-cü dəqiqəsində əvəzlənib.