DÇ-2026: Azərbaycan millisi səfərdə Fransaya məğlub olub - YENİLƏNİB
İdman
346
00:40, Bu gün

DÇ-2026: Azərbaycan millisi səfərdə Fransaya məğlub olub - YENİLƏNİB

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Fransa ilə qarşılaşıb.

Moderator.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadionda baş tutan matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.

Fransızların heyətində Kilian Mbappe (45+1), Adrien Rabyo (69) və Floryen Toven (84) fərqləniblər.

Qeyd edək ki, Fransa millisi 9 xalla D qrupunun lideridir. Ukrayna 4 xalla ikinci pillədə qərarlaşıb. 3 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur.

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda üçüncü qol vurulub.

Moderator.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadiondakı matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 3:0.

84-cu dəqiqədə Floryen Toven fərqlənib.

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ikinci qol vurulub.

Moderator.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadiondakı matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 2:0.

69-cu dəqiqədə Adrien Rabyo başla dəqiq oynayıb.

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyununda ikinci hissə başlayıb.

Moderator.az xəbər verir ki, “Park de Prens” stadionunda oynanılan görüşün ilk yarısından sonra rəqib 1:0 hesabı ilə qalib gəlir.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

23:37

DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ilk hissə başa çatıb.

Moderator.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadiondakı matçın 45+1-ci dəqiqəsində meydan sahibləri hesabı açıblar.

Kilian Mbappe adını tabloya yazdırıb.

Parisin "Park de Prens" stadionunda DÇ-2026 seçmə mərhələsi çərçivəsində Fransa - Azərbaycan qarşılaşması start götürüb.

Moderator.az xəbər verir ki, matçı Rohit Saqqinin rəhbərliyi ilə Norveçdən olan hakimlər briqadası idarə edir.

 

Link kopyalandı!
Son xəbərlər