İdman
421
10 Oct 2025 | 21:10

"Real" Vinisiusu satmaq istəyir

"Real"ın futbolçusu Vinisius Junior mövsümün sonunda komandadan ayrıla bilər.

Moderator.az xəbər verir ki, "kral klubu" braziliyalı vingeri satmaq variantını nəzərdən keçirir.

"Real" Vinisiusu Səudiyyə Ərəbistanı klublarına satmaq istəyir. La Liqa nəhəngi 25 yaşlı ön xətt oyunçusunun satışından 250 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, "Real" Vinisius Junioru 2018-ci ilin yayında "Flamenqo"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Link kopyalandı!
Son xəbərlər