Bir saat gözləsə idi, “Qarabağ”da oynayardı
İdman
413
19:30, Bu gün

Bir saat gözləsə idi, “Qarabağ”da oynayardı

“ML Vitebsk” klubunun və Belarus millisinin müdafiəçisi Zaxar Volkov bildirib ki, bu mövsüm “Qarabağ” klubunda oynamaq imkanı olub.

Moderator.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə özü açıqlama verib.

“ML” ilə müqavilə imzaladım, bir saat sonra agentim zəng etdi. Dedi ki, “Qarabağ”dan zəng vurublar. Cavab verdim ki, artıq razılaşmışam, söz vermişəm. Ona görə də şans yoxdur. Qərarımı dəyişməyəcəyəm,” – deyə Volkov bildirib.

Qeyd edək ki, Volkov bu yay “Vitebsk” klubuna Rusiya “Arsenal”ından keçib.

Link kopyalandı!
Son xəbərlər