21:51
0°C
Bakı
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Atletik Bilbao" (İspaniya) - "Qarabağ" matçını "San Mames" stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadır.
Moderator.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, biletlərin qiyməti 110 manatdır. Azarkeşlər üçün "San Mames" stadionunda yerləşən 321-ci sektorda ilkin olaraq 575 yer ayrılıb.
Qeyd edək ki, "Atletik Bilbao" - "Qarabağ" oyunu oktyabrın 22-də Bakı vaxtı ilə saat 20:45-də, yerli vaxtla isə 18:45-də start götürəcək.