Bizi sosial şəbəkələrdən izləyin:
Oktyabrın 17-19-da Meksikanın Qvadalahara şəhərində keçiriləcək Qran-pri turnirində iştirak edəcək Azərbaycan cüdoçularının adına aydınlıq gəlib.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun başçılığı altında 7 çəki dərəcəsində 11 cüdoçu mübarizə aparacaq.
-60 kq
Əhməd Yusifov;
Balabəy Ağayev.
-66 kq
Ruslan Paşayev;
Yaşar Nəcəfov.
-73 kq
Hidayət Heydərov;
Rəşid Məmmədəliyev.
-81 kq
Vüsal Qələndərzadə;
Zelim Tçkayev.
-90 kq
Murad Fətiyev.
-100 kq
Zelim Kotsoyev.
+100 kq
Uşanqi Kokauri;
Camal Qamzatxanov.
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 35 ölkədən 248 idmançı (154 kişi, 96 qadın) iştirak edəcək.