DÇ-2026: Azərbaycan millisi Fransa yığmasına qarşı
İdman
670
08:45, Bu gün

DÇ-2026: Azərbaycan millisi Fransa yığmasına qarşı

Azərbaycan milli komandası 2026-cı il futbol üzrə dünya çempionatına vəsiqə qazanmaq uğrunda növbəti görüşünə çıxır.
 
Moderator.az xəbər verir ki, komandamızın növbəti rəqibi Fransadır.
 
"Park de Prens" stadionunda keçiriləcək qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
 
Oyunu Rohit Saqqinin rəhbərliyi ilə Norveçdən olan hakimlər briqadası idarə edəcək. Ona yan xətt hakimləri Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen kömək edəcəklər. VAR-da Tom Harald Haqen, AVAR-da isə Siqurd Krinqstad əyləşəcəklər.
 
Xatırladaq ki, tərəflər arasında indiyədək iki oyun keçirilib. 1994-cü ildə üz-üzə gələn rəqiblərin görüşü Fransanın 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. 1995-ci ildə Oserdə gerçəkləşən qarşılaşmada isə yığmamız 10 cavabsız qolla məğlub olub.
 
Qeyd edək ki, komandamızla eyni qrupda, həmçinin İslandiya və Ukrayna milliləri yer alıblar. İslandiya ilə oyun 5-0 rəqibin qələbəsi ilə, Ukrayna ilə matç isə 1-1 hesablı bərabərliklə bitib.
Link kopyalandı!
Son xəbərlər