Bəhlul Mustafazadə:
İdman
523
09 Oct 2025 | 23:45

Bəhlul Mustafazadə: "Önəmli olan bizim Fransa yığmasına qarşı necə reaksiya verməyimizdir"

"Rəqib haqqında geniş danışmağa ehtiyac yoxdur. Əsas məsələ Fransa yığmasına qarşı necə reaksiya verəcəyimizdir. Bu gün son məşqimizi keçirəcəyik, sabah isə meydanın hər qarışı uğrunda mübarizə aparacağıq".

Moderator.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında qarşıdakı matç barədə fikirlərini bölüşüb.

B.Mustafazadə komandanın psixoloji və fiziki cəhətdən oyuna tam hazır olduğunu da qeyd edib:

"Komanda yoldaşlarımızla matç barədə tez-tez söhbətlər edirik. Hər kəs oyuna köklənib və sabah meydanda maksimum nəticə üçün mübarizə aparacağıq".

Qeyd edək ki, oktyabrın 10-da "Park de Prens" stadionunda keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Link kopyalandı!
Son xəbərlər