07:42
0°C
Bakı
FİFA prezidenti Canni İnfantino bəyan edib ki, dünya çempionatının yaydan deyil, digər fəsildə keçirilməsi ilə bağlı müzakirələr gedir.
Moderator.az xəbər verir ki, onun fikirlərini "The Guardian" nəşri yazıb.
Qurum rəhbərinin sözlərinə görə, iyun və iyul aylarında havalar isti olur. Oktyabr və mart ayları isə oyun üçün daha münasibdir.
Xatırladaq ki, 2026-cı il dünya çempionatına ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. Yarış 11 iyun - 19 iyul tarixlərində baş tutacaq.