Baş məşqçi vəfat etdi
İdman
577
14:35, Bu gün

Baş məşqçi vəfat etdi

Argentina futboluna ağır itki üz verib.
 
Moderator.az xəbər verir ki, “Boka Xuniors” klubunun baş məşqçisi Migel Anhel Russo 70 yaşında dünyasını dəyişib. Məlumatı klubun rəsmi saytı yayıb.
 
Mütəxəssis ötən ayın sonlarında səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, Migel Anhel Russo futbolçu karyerasını “Estudiantes”də keçirib. O, 1989-cu ildə məşqçiliyə başlayıb, “Lanus”, “Veles Sarsfield”, “San Lorenso”, “Əl-Nəsr”, “Millonarios”, “Estudiantes” və “Boka Xuniors” kimi komandalarda baş məşqçi işləyib.
Link kopyalandı!
Son xəbərlər