Misir DÇ-2026-ya vəsiqə qazandı
İdman
198
08 Oct 2025 | 23:30

Misir DÇ-2026-ya vəsiqə qazandı

Misir milli komandası futbol üzrə 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

Moderator.az bildirir ki, Misir millisi Cibuti yığmasını 3:0 hesabı ilə məğlub edərək bu nailiyyətə imza atıb.

Qolları İbrahim Adel (8-ci dəqiqə) və Məhəmməd Salah (14-cü və 84-cü dəqiqələr) vurublar.

Görüşün nəticəsində Misir milli komandası DÇ-2026 Afrika təsnifat mərhələsinin A qrupunda 23 xalla birinci yeri tutur.

Misir mundiala vəsiqə qazanan 19-cu yığma olub.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Turnirdə tarixdə ilk dəfə 48 milli komanda iştirak edəcək.

Link kopyalandı!
Son xəbərlər