Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarına yekun vurulub.
Moderator.az xəbər verir ki, Azərbaycan medal sıralamasını 2-ci pillədə bitirib.
İdmançılarımız 33-ü qızıl, 56-ı gümüş, 95-i isə bürünc olmaqla ümumilikdə 184 medal qazanıb.
Sıralamanın lideri 231 medalla (130 qızıl, 61 gümüş, 40 bürünc) Rusiyadır. İlk “üçlüy”ü 122 medal (32 qızıl, 38 gümüş, 52 bürünc) qazanan Belarus idmançıları qapayır.
III MDB Oyunları Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçirilib. Multi-idman yarışının bağlanış mərasimi bu gün Gəncə Şəhər Stadionunda təşkil olunacaq.