Bizi sosial şəbəkələrdən izləyin:
Amputant futbolu üzrə 2025-ci il Millətlər Liqasının C qrupunun oyunları Bakıda keçiriləcək.
Moderator.az xəbər verir ki, matçlar oktyabrın 17-19-da təşkil olunacaq.
Açılış mərasimi oktyabrın 17-də “ASCO Arena”da olacaq və saat 11:30-da başlayacaq.
Qeyd edək ki, bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.