21:26
0°C
Bakı
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.
Moderator.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi İslam Sultanov (71 kiloqram) finalda belaruslu Zaxar Tserasxouya ilə qarşılaşıb.
Rəqibini 3:0 hesabı ilə məğlub edən idmançımız qızıl medala sahib çıxıb.
Daha əvvəl Elşad Abbasov (51 kiloqram), Əli Nəzərov (60 kiloqram) qızıl, Yusif Mirzəyev (48 kiloqram) gümüş, Hikmət Haqverdiyev (55 kiloqram ) və Nihat Tağıyev (65 kiloqram) isə
bürünc bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.