21:14
18°C
Bakı
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi təyin olunub.
Moderator.az "Maçkolik"ə istinadən xəbər verir ki, Özbəkistan Futbol Federasiyası millinin yeni baş məşqçisi vəzifəsinə italiyalı sabiq futbolçu Fabio Kannavaronun təyin edildiyini açıqlayıb.
Bildirilib ki, italiyalı mütəxəssis 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatında komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, 52 yaşlı mütəxəssis "Quançjou", "Ən-Nəsr", "Benevento", "Udineze" və "Dinamo Zaqreb" kimi klublarda da çalışıb.
Xatırladaq ki, Kannavaronun rəhbərlik edəcəyi Özbəkistan tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.