Avropa çempionatı: Yarımfinala yüksələn Azərbaycan boksçularının sayı 5-ə çatdı
İdman
243
09:54, Bu gün

Avropa çempionatı: Yarımfinala yüksələn Azərbaycan boksçularının sayı 5-ə çatdı

Çexiyanın Ostrava şəhərində boks üzrə keçirilən U-19 Avropa çempionatında 1/4 final görüşlərinə yekun vurulub.
 
Moderator.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, mərhələnin ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı yarımfinala yüksəlib.
 
Zidan Hümbətov (55 kq) Saşa Menkaronini (İtaliya) məğlub edib – 5:0 (30:26, 30:27, 30:27, 29:28, 30:27).
 
O, yarımfinalda Riza Muhammed Safari (İngiltərə) ilə döyüşəcək.
 
Bununla da yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edən boksçuların sayı 5-ə yüksəlib. Bilalhəbaşi Nəzərov (50 kq), Sübhan Babayev (60 kq) və Banuçiçək Nəsirli (48 kq) final uğrunda oktyabrın 7-də mübarizə aparacaqlar. İlkanə Əhmədova (+80 kq) ilə Hümbətov isə yarımfinal görüşünə 1 gün sonra çıxacaqlar.
 
Qeyd edək ki, oktyabrın 6-sı Avropa çempionatında istirahət günüdür.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər