Bizi sosial şəbəkələrdən izləyin:
İspaniyanın "Barselona" futbol klubunun rəhbərliyi Superliqa layihəsindən geri çəkilmək qərarına gəlib.
Bu barədə RAC1 radiosu məlumat yayıb.
Məlumata görə, bu qərara UEFA Çempionlar Liqasının yeni formatı təsir edib. Yenilik klubun gəlirlərini artırmağa imkan verib. Ona görə də "Barselona" artıq Superliqanın mənasını görmür.
Hazırda Çempionlar Liqasında 36 klub iştirak edir. Bütün komandalar birinci mərhələdə səkkiz oyun keçirir. Yekunda ilk səkkizlik avtomatik olaraq 1/8 finala yüksəlir, 9-24-cü yerlərdəki komandalar pley-off uğrunda əlavə görüş keçirirlər. Çempionlar Liqası ötən mövsümdən məhz bu formatda keçirilir. /Oxu.az/