03:39
14°C
Bakı
"Frankfurt Arena" stadionunda Almaniya Bundesliqasının 2025/2026-cı il mövsümündə keçirilən "Ayntraxt Frankfurt" - "Bavariya" oyunu başa çatıb.
Moderator.az xəbər verir ki, oyunda münhenlilər səfərdə 0:3 hesabı ilə qalib gəliblər.
Luis Dias ilk dəqiqədə qonaqları önə çıxarıb, Harri Keyn isə 27-ci dəqiqədə fərqi artırıb. Dias 84-cü dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub.
Bu oyundan sonra "Ayntraxt Frankfurt" Almaniya yüksək divizionunda 9 xalla altıncıdır, "Bavariya" isə 18 xalla turnir cədvəlinə başçılıq edir.