Del Pyero Kenan Yıldız barədə danışdı
İdman
438
04 Oct 2025 | 20:59

Del Pyero Kenan Yıldız barədə danışdı

"Yuventus"un əfsanəsi Alessandro Del Pyero klubun futbolçusu Kenan Yıldız haqqında yüksək fikirlər səsləndirərək, gənc hücumçunun məsləhətə ehtiyacı olmadığını deyib.

"La Gazzetta dello Sport"a danışan Del Pyero Türkiyə millisinin üzvünə təriflər yağdırıb.

"Kənana heç bir məsləhətim yoxdur. Onun indiyə qədər istər meydanda, istərsə də meydandan kənarda göstərdiyi münasibət artıq onun yetkin olduğunu sübut edir.

O, işləməyi sevən, uğura can atan və həqiqətən də "Yuventus"un simvolu olmaq istəyən oyunçudur. Düşünürəm ki, o, düzgün yoldadır. Futbolda hər zaman enişli-yoxuşlu hadisələr olur. Önəmli olan o anlarda doğru insanlara güvənməkdir. Ümid edirəm ki, Kenanın ətrafında lazım olanda ona doğru sözləri deyə biləcək insanlar var", - deyə Del Pyero vurğulayıb.

Qeyd edək ki, bu mövsüm "Yuventus"da 7 matçda forma geyinən Kenan Yıldız çıxışı ilə diqqət çəkib. Gənc oyunçu indiyədək iki qol vurub və dörd məhsuldar ötürmə ilə komandasına töhfə verib.

 

(Oxu.az)

Link kopyalandı!
Son xəbərlər