Yamalın zədə QALMAQALI:
İdman
287
19:59, Bu gün

Yamalın zədə QALMAQALI: "Barselona" bəyanat yaymağa məcbur oldu

"Barselona"nın hücumçusu Lamin Yamalın zədəsi qalmaqala səbəb olub.

O, Çempionlar Liqasındakı PSJ ilə oyundan (1:2) sonra İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente ilə əlaqə saxlayıb. Yamal Fuenteyə qasıq nahiyəsindəki problemin yenidən baş qaldırdığını bildirib. Futbolçu qeyd edib ki, önümüzdəki iki həftə ərzində istirahət etməlidir.

Məlumata görə, buna cavab olaraq de la Fuente deyib ki, əgər Yamal ağrılara baxmayaraq “Barselona”da oynaya bilirsə, deməli yığmada da çıxış edə bilər.


Bundan sonra "Barselona"nın idman direktoru Deko vəziyyəti dəqiqləşdirmək üçün "La Furia Roja"nın inkişaf direktoru Aytor Karanka ilə əlaqə saxlayıb. Lakin Karanka da de la Fuentenin mövqeyini bölüşüb.

"Barselona" qəzəblənib ki, cümə günü İspaniya yığması oktyabrın yoldaşlıq görüşləri üçün heyəti açıqlayarkən orada Yamalın da adı olub. Klub bunu de la Fuentenin təxribatı kimi qəbul edib.

Daha sonra "Barselona" 18 yaşlı futbolçunun zədəsi ilə bağlı rəsmi bəyanat yayıb, bundan sonra İspaniya Kral Futbol Federasiyası (RFEF) Yamalı heyətdən geri çağırıb. Klub isə RFEF-in onlardan tibbi arayış tələb etdiyini təkzib edir. Çünki onların fikrincə, oyunçunun özü çağırışdan imtina etməyi xahiş edibsə, bu, kifayətdir.

Link kopyalandı!
Son xəbərlər