Xavi DÇ-2026-nın favoritlərini açıqladı
İdman
246
15:50, Bu gün

Xavi DÇ-2026-nın favoritlərini açıqladı

İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xavi yığma komandanın 2026-cı ildə Şimali Amerikada keçiriləcək dünya çempionatında iştirak potensialı ilə bağlı sualı cavablandırıb.

Moderator.az xəbər verir ki, onun sözlərini "Marca" yayıb.

"İspaniyalı futbolçular artıq rəqabətə qadir olduqlarını və necə mübarizə aparmağı bildiklərini sübut ediblər. Onlar Avropa Çempionatının qalibidirlər. Mənim üçün İspaniya və Argentina DÇ-2026-da qalib gəlməyə əsas iddiaçılardır", - deyə Xavi bildirib.

Xatırladaq ki, sonuncu dünya çempionu məhz Argentina millisidir.

Link kopyalandı!
Son xəbərlər