Azərbaycan təmsilçisi fiqurlu konkisürmədə olimpia rekordunu yeniləyib
İdman
402
12:30, Bu gün

Azərbaycan təmsilçisi fiqurlu konkisürmədə olimpia rekordunu yeniləyib

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən Arina Kaluqina son olimpiya rekordunu yeniləyib.

Bu barədə Moderator.az-a Azərbaycan Qış İdman Növləri Federasiyasından məlumat verilib.

İdmançı buna Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən "Denis Ten Memorial Challenger" seriyalı yarışda nail olub.

Fiqurlu konkisürən +2.91 xal toplayaraq "dördlü salxov" üzrə son olimpia rekordunu yeniləyib.

O, sərbəst proqram üzrə çıxışı zamanı sonuncu dəfə rekorda imza atan yaponiyalı Mao Şimadanı geridə qoyub.

Seriya yarışında Arina Kaluqina 13 ölkədən olan 20 idmançı arasında 167.24 xal toplayaraq bürünc medala sahib çıxıb.

Link kopyalandı!
Son xəbərlər