23:31
14°C
Bakı
UFC-yə Ağ Evin ərazisinə dəyəcək ziyana görə yüz minlərlə dollar ödəməli olacaq.
Moderator.az xəbər verir ki, ABŞ prezidentinin iqamətgahı yaxınlığında təşkil olunacaq turnirin 2026-cı ilin yayında ölkənin 250 illiyi münasibətilə keçirilməsi planlaşdırılır.
UFC-nin rəhbəri Deyna Uayt SBJ-yə açıqlamasında bildirib ki, cənub çəmənliyində oktaqon və digər avadanlıqların quraşdırılması nəticəsində zədələnəcək ot örtüyünün bərpası üçün təxminən 700 min dollar ödəniləcək.
Ağ Evdə keçiriləcək UFC turnirini təxminən 5-6 min tamaşaçı canlı izləyə biləcək. Turnirin büdcəsi açıqlanmayıb. Müqayisə üçün, 2024-cü ildə Las Veqasdakı “Sfera” arenasında təşkil olunmuş UFC gecəsi təşkilata 20 milyon dollara başa gəlmişdi.