Parisdə bətnində, Xankəndidə yanında: Bütün dünyanın danışdığı Yaylagül yenə gündəmdə - FOTOLAR
İdman
253
17:19, Bu gün

Parisdə bətnində, Xankəndidə yanında: Bütün dünyanın danışdığı Yaylagül yenə gündəmdə - FOTOLAR

Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova yenidən diqqət mərkəzinə düşüb.

Moderator.az xəbər verir ki, Xankəndidə keçirilən III MDB Oyunları çərçivəsində təşkil olunan oxatma yarışlarında bu dəfə hakim qismində iştirak edib. O, azyaşlı qızı ilə birlikdə hakimlik edib.

Xatırladaq ki, Yaylagül Paris-2024 Yay Olimpiya Oyunlarında 7 aylıq hamiləykən yarışlarda çıxış etmişdi. Olimpiya Oyunlarından cəmi iki ay sonra ana olan idmançının hekayəsi bir çox insanın diqqətini çəkmişdi.

 

(Publika)

Link kopyalandı!
Son xəbərlər