Premyer Liqa: “Araz-Naxçıvan” “İmişli”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
İdman
194
08:59, Bu gün

Premyer Liqa: “Araz-Naxçıvan” “İmişli”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.
 
Moderator.az xəbər verir ki, tutun ilk günündə iki qarşılaşma keçiriləcək.
 
Əvvəlcə “Araz-Naxçıvan” "Liv Bona Dea Arena"da "İmişli"ni qəbul edəcək. Baş hakim Cavid Cəlilovun idarə edəcəyi görüş saat 17:00-da başlanacaq.
Hazırda "Araz-Naxçıvan" 6 oyundan 11 xalla 4-cü, "İmişli" isə 8 xalla 7-ci sırada yer alıb.
 
Günün ikinci oyununda isə "Zirə" "Neftçi"ni qonaq edəcək. Baş hakim Kamal Umudlunun idarə edəcəyi qaeşılaşma saat 19:30-da start götürəcək. 6 turdan sonra "qartallar" 12 xalla 2-ci, "ağ-qaralar" 7 xalla 8-ci pillədə qərarlaşıblar.

Azərbaycan Premyer Liqası

VII tur
3 oktyabr

17:00. “Araz-Naxçıvan” – “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Liv Bona Dea Arena”

19:30. “Zirə” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elman Musayev
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun növbəti oyunları oktyabrın 4 və 5-də keçiriləcək.

Link kopyalandı!
Son xəbərlər