III MDB Oyunları: Bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək
İdman
229
08:53, Bu gün

III MDB Oyunları: Bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək

Bu gün Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında 9 idman növü üzrə yarışlar keçiriləcək.
 
Moderator.az xəbər verir ki, Şəki İdman Olimpiya Kompleksində batut gimnastikası üzrə final, Yevlaxda boks üzrə yarımfinal, Xankəndidə kamandan oxatma, Gəncə İdman Sarayında qılıncoynatma, Qəbələ İdman Olimpiya Kompleksində badminton üzrə təsnifat mərhələsinin oyunları təşkil olunacaq.
 
Gəncə İdman Olimpiya Kompleksində güləş, Mingəçevirdə isə karate yarışlarına start veriləcək.
 
Gəncədə Azərbaycan və Özbəkistanın U-15 qızlardan ibarət voleybol milliləri, Qəbələdə Özbəkistan və Qırğızıstanın U-16 futbol yığmaları üz-üzə gələcək.
 
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Link kopyalandı!
Son xəbərlər