UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda növbəti oyunlar keçirilib.
Moderator.az xəbər verir ki, maraqla gözlənilən qarşılaşmalardan biri İstanbulda baş tutub.
"Fənərbağça" evdə Fransa təmsilçisi "Nitsa"nı qəbul edib. Matç ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Kerem Aktürkoğlunun dublu "Fənərbağça"ya Liqa mərhələsində ilk qalibiyyəti gətirib. Qonaqlardan isə Kevin Omoruyi penaltidən fərqlənib.
Turun gözlənilməz nəticəsi Romada qeydə alınıb. Yerli "Roma" komandası "Lill" klubuna minimal hesabla uduzub - 0:1.
Turun digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Bolonya" (İtaliya) - "Frayburq" (Almaniya) - 1:1;
"Brann" (Norveç) - "Utrext" (Niderland) - 1:0;
"Seltik" (Şotlandiya) - "Braqa" (Portuqaliya) - 0:2;
FKSB (Rumıniya) - "Yanq Boyz" (İsveçrə) - 0:2;
"Ludoqorets" (Bolqarıstan) - "Real Betis" (İspaniya) - 0:2;
"Panatinaikos" (Yunanıstan) - "Qou Ehed İqlz" (Niderland) - 1:2;
"Viktoriya Plzen" (Çexiya) - "Malmö" (İsveç) - 3:0.