DÇ-2026 final mərhələsinin oyunları üçün biletlərin qiymətləri AÇIQLANDI
İdman
168
21:53, Bu gün

DÇ-2026 final mərhələsinin oyunları üçün biletlərin qiymətləri AÇIQLANDI

2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün biletlərin qiymətləri açıqlanıb.
 
Oxu.Az-ın "The Athletic" nəşrinə istinadən verdiyi xəbərə görə, FIFA dörd bilet kateqoriyasını təsdiqləyib.
 
Final üçün 1-ci kateqoriya biletlərin qiyməti 6 370 dollar, 2-ci kateqoriya biletləri 4 210 dollar, 3-cü kateqoriya biletləri 2 790 dollar, 4-cü kateqoriya biletləri isə 2 030 dollardır.
 
Qrup mərhələsinin oyunları üçün minimum qiymət 60 dollardır, lakin bu, ev sahibi komandaların iştirak etdiyi matçlara şamil edilmir. ABŞ-nin qrup mərhələsindəki ilk oyununa biletlərin qiyməti 560-2 735 dollar arasında dəyişir.
 
Dörddəbir final oyunları üçün biletləri 275-1 690 dollar, yarımfinal matçları üçün biletləri 420-2 780 dollar, üçüncü yer uğrunda qarşılaşmanın biletləri isə 165-1 000 dollara almaq mümkün olacaq.
 
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.
Link kopyalandı!
Son xəbərlər