III MDB Oyunları: Azərbaycanın 5 idmançısı oxatma yarışlarında 1/8 finala yüksəlib
İdman
493
20:26, Bu gün

III MDB Oyunları: Azərbaycanın 5 idmançısı oxatma yarışlarında 1/8 finala yüksəlib

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışlarına start verilib.

Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xankəndi şəhər stadionunda təşkil olunan yarışların bu gün keçirilən təsnifat mərhələsində qadınlar və kişilər üzrə bütün idmançılar fərdi mübarizədə qüvvələrini sınayıblar.

Yüksək nəticə göstərən Nurlan Rəhimli və Fatimə Hüseynli birbaşa 1/8 final mərhələsinə yüksəliblər. Bununla yanaşı, Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Sərdar Vəliyev şəxsi qarşılaşmalarda qalib gələrək 1/8 finalda mübarizə aparmaq hüququ qazanıblar. Digər iştirakçımız Zahid Kazımzadə isə fərdi yarışlarda 1/16 final mərhələsində mübarizəni dayandırıb.

Sabah yarışların 3-cü günü baş tutacaq. Gün ərzində 1/8 final, 1/4 final və yarımfinal mərhələləri keçiriləcək.

Rusiya Azərbaycanda keçirilən III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.

Moderator.az xəbər verir ki, Yaroslav Borisov qılıncoynatmanın sablya növündə birinci olub.

O, finalda həmyerlisi Pyotr Tayçenaçevə qalib gəlib.

Həlledici görüş Borisovun 15:8 hesablı qələbəsi ilə yekunlaşıb.

III MDB Oyunlarında çövkən üzrə daha bir matç keçirilib.

Moderator.az xəbər verir ki, Türkiyə millisi Qazaxıstana məğlub olub.

Şəki şəhər stadionunda keçirilən görüş Qazaxıstan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da Qazaxıstan komandası yarımfinala vəsiqə qazanıb. Daha əvvəl Azərbaycan, Özbəkistan və Qırğızıstan milliləri də yarımfinalda iştirak hüququ əldə ediblər.

Qeyd edək ki çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunları çərçivəsində bu gün oktyabrın 2-də kamandan oxatma yarışları başlayıb.

Moderator.az xəbər verir ki, yarışlar Xankəndi şəhər stadionunda təşkil olunub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, turnirdə yeddi ölkədən 40 idmançı iştirak edir. Yarışlarda Azərbaycan üç oğlan və üç qız olmaqla ümumilikdə altı idmançı ilə təmsil olunur.

Yarışı şəhərin sakinləri, Qarabağ Universitetinin tələbələri, media nümayəndələri izləyirlər.

 

 

 

Link kopyalandı!
Son xəbərlər