Voleybol üzrə Avropa çempionatının püşkatma mərasimi keçiriləcək
İdman
583
15:02, Bu gün

Voleybol üzrə Avropa çempionatının püşkatma mərasimi keçiriləcək

2026-cı ildə təşkil olunacaq voleybol üzrə qadınlar arasında Avropa çempionatının püşkatma mərasimi keçiriləcək.
 
Moderator.az Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi saytlna istinadən xəbər verir ki, tədbir oktyabrın 4-də baş tutacaq.
 
Mərasim Bari şəhərindəki məşhur Norman-Svabian Qalasında keçiriləcək. Tədbirdə AVF-nin İdarə Heyətinin üzvü Elqar Bağırov və Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova iştirak edəcəklər.
 
Yarışın biletləri isə bu il noyabrın 7-də satışa çıxacaq.
 
Qeyd edək ki, Avropa çempionatı 2026-cı il də 21 avqust – 6 sentyabr tarixlərində keçiriləcək. Oyunlar Bakı (Azərbaycan), İstanbul (Türkiyə), Brno (Çexiya) və Höteborq (İsveç) şəhərlərində baş tutacaq.
Link kopyalandı!
Son xəbərlər