Xankəndidə III MDB Oyunlarının kamandan oxatma yarışlarına start verildi
İdman
129
13:17, Bu gün

Xankəndidə III MDB Oyunlarının kamandan oxatma yarışlarına start verildi

Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunları çərçivəsində bu gün kamandan oxatma yarışları başlayıb.
 
Bu barədə Moderator.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Bildirilib ki, yarışlar Xankəndi şəhər stadionunda təşkil olunub. Turnirdə 7 ölkədən 40 idmançı iştirak edir. Azərbaycan 3 oğlan və 3 qız olmaqla ümumilikdə 6 idmançı ilə təmsil olunur.
 
Yarışı şəhərin sakinləri, Qarabağ Universitetinin tələbələri, media nümayəndələri izləyir.
 
Qeyd edək ki, kamandan oxatma yarışına oktyabrın 5-də yekun vurulacaq.
Link kopyalandı!
Son xəbərlər