III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək
İdman
235
08:47, Bu gün

III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

III MDB Oyunlarında bu gün səkkiz idman növü üzrə yarışlar baş tutacaq.
 
Moderator.az xəbər verir ki, Şəkidə çövkən üzrə yarışlar davam edəcək.
 
Qırğızıstan millisi Küveytlə, Qazaxıstan isə Türkiyə ilə üz-üzə gələcək.
 
Gəncə İdman Sarayında üzgüçülüyün beşinci - sonuncu yarış gününün mükafatçıları müəyyənləşəcək.
 
Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarının 1/4 və yarımfinal qarşılaşmaları reallaşacaq. İdmançılar 46, 48, 50, 52, 54, 57, 60, 63 və 66 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
 
Qəbələdə badminton üzrə qarışıq komanda növündə sonuncu final görüşü baş tutacaq.
 
Batut gimnastları Şəkidə məharətlərini göstərəcəklər. Sözügedən idman növündə qaliblər müəyyənləşəcək.
 
Xankəndidə tamaşaçılar kamandan oxatma yarışına şahidlik edəcəklər. Ümumilikdə bu yarış dörd gün davam edəcək.
 
Həmçinin bu gün Gəncə İdman Sarayında qılıncoynatma yarışı start götürəcək. İlk gündə kişi idmançılar qüvvələrini sınayacaqlar.
 
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.
Link kopyalandı!
Son xəbərlər