İdman
264
00:22, Bu gün

"Qarabağ"ın baş məşqçisi başqa klubu çalışdıracaq?

"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov ölkə xaricindən gələn təkliflər barədə fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis bu barədə UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen" üzərində 2:0 hesablı qələbədən sonra danışıb.

O, Avropanın böyük klublarından gələ biləcək təkliflər barədə verilən suala belə cavab verib:

"Azərbaycanın ən yaxşı məşqçisi olmaq məsələsinə tələsməyək. Təkliflər haqqında ümumiyyətlə düşünmürəm. Çünki belə hallarda daha da sadə olmağa çalışmalıyıq. Bu komandada stabillik çox vacibdir. Əgər ağlımda belə fikir olsa, komandanın inamı, uğuru və sistemi pozular. Özümdən razılıq olardı ki, Avropadan mütləq mənə təklif gəlməlidir. Mən bu haqda düşünmürəm. Hələlik öz Azərbaycanımızdayıq, belə yaxşıdır".

Link kopyalandı!
Son xəbərlər