Qurban Qurbanov:
İdman
391
00:04, Bu gün

Qurban Qurbanov: "Futbolçularım sona qədər mübarizə apardılar"

"Futbolçularım çəkinmədilər, sona qədər mübarizə apardılar".

Moderator.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen" üzərində 2:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, Çempionlar Liqasının qrup mərhələsində yaxşı nəticə qazanacaqlarına əvvəlcədən inanıb:

"Mən futbolçularıma meydanda inamlı olmağı tövsiyə edirəm. Bəlkə 6 xal gözləmirdim, amma yaxşı nəticə əldə edəcəyimizə inanırdım".

Qeyd edək ki, "Qarabağ" ÇL-in əsas mərhələsinin ilk turunda güclü "Benfika"ya səfərdə qalib gəlib - 2:3.

Link kopyalandı!
Son xəbərlər