UEFA Çempionlar Liqası:
İdman
553
22:37, Bu gün

UEFA Çempionlar Liqası: "Qarabağ" əsas mərhələdə "Kopenhagen"i də məğlub edib - YENİLƏNİB

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Moderator.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda növbəti qol vurulub.

Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.

83-cü dəqiqədə Emmanuel Addai baxımlı qola imza atıb.

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci hissə başlayıb.

Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk hissə başa çatıb.

Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 1:0.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.

Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesabı açıb.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda "Qarabağ" növbəti oyununa çıxır.

Moderator.az xəbər verir ki, təmsilçimiz Danimarkanın "Kopenhagen" klubunu qəbul edir.

Komandalar meydanda aşağıdakı "11-lik"də çıxış edirlər:

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Aleksey Kaşuk, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

"Kopenhagen": Dominik Kotarski, Qabriel Perreyra, Pantelis Hatzidiakos, Yussuf Mukoko, Mohamed Elyunussi, Cordan Larsson, Lukas Lerager, Rodriqo Heskas, Markos Lopes, Roberto, Tomas Dileyni.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç başlayıb.

 

 

Link kopyalandı!
Son xəbərlər