III MDB Oyunları: Azərbaycanın daha 6 boksçusu yarımfinala yüksəlib
İdman
168
19:10, Bu gün

III MDB Oyunları: Azərbaycanın daha 6 boksçusu yarımfinala yüksəlib

III MDB Oyunlarının altıncı günündə boks idman növü üzrə yarışlar keçirilib.

Moderator.az xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda idmançılar 1/4 final görüşlərində qüvvələrini sınayıblar.

III MDB Oyunlarında 1/4 final mərhələsinin son günündə Azərbaycan millisinin 12 boksçusu rinqə çıxıb.

Millimizin üzvlərindən 6-sı yarımfinala yüksələrək azı bürünc medalı təmin edib.

Belə ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Əliyev qırğızıstanlı Muhammedali Kanibekova qalib gələrək yarımfinala yüksəlib.

Əli Abaslı 52 kiloqramda qırğızıstanlı Xudaverdi Abidjanovu mübarizədən kənarlaşdıraraq, adını növbəti mərhələyə yazdırıb.

57 kiloqram çəki dərəcəsində Raul Heydərli qazaxıstanlı Ulas Alimjana qalib gələrək yarımfinala yüksəlib. Həmçinin bu çəkidə Əflatun İsmiyev belaruslu Artyom Pançenkanı məğlub edərək uğurla yarımfinal mərhələsinə vəsiqə qazanıb.

60 kiloqram çəki dərəcəsində çıxış edən Toğrul Quliyev türkmənistanlı Muhammedemin Beqenjovu məğlub edərək adını yarımfinala yazdırıb.

Bu çəki dərəcəsində mübarizə aparan Şahin Aslanov 1/4 final mərhələsində Tacikistan təmsilçisi Yusuf Qurbonova qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, daha əvvəl Gülər Hüseynova (48 kiloqram çəki dərəcəsində), Qardaş Rəhimov (46 kiloqramda), Əli Ruşanov (46 kiloqramda), Ayxan Həsənov (50 kiloqramda), Aysel Fərəcova (46 kiloqramda), Cəmilə Muradlı (54 kiloqramda) və Haqverdi Həsənov (63 kiloqramda) yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, III MDB Oyunlarına 13 ölkədən ümumilikdə 1624 idmançı qatılıb və yarışlar oktyabrın 8-də yekunlaşacaq. Bu oyunlar regional idmançıların bacarıqlarını nümayiş etdirməsi və dostluq əlaqələrinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Link kopyalandı!
Son xəbərlər