Bizi sosial şəbəkələrdən izləyin:
AFFA "Kəpəz" klubunu 5000 manat cərimələyib.
Moderator.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin bu gün keçirilın iclasında qərar qəbul edilib.
Buna səbəb Azərbaycan Premyer Liqasının VI turunda "Turan Tovuz"la oyunda azarkeşlərin rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi olub.
Həmçinin, “İmişli” – “Zirə” oyununda Əsasnamənin 14-cü maddəsinin 11-ci bəndinin tələbləri pozulduğuna görə (media sektora kənar şəxslərin daxil olması) “İmişli” klubu 1000 manat cərimə edilib.
“Qarabağ” – “Qəbələ” oyununun 1-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Prins Ovusu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Qəbələ” klubu 1000 manat cərimə edilib.
“Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilib.