Bizi sosial şəbəkələrdən izləyin:
III MDB Oyunları çərçivəsində U-16 futbol yarışması davam edir.
Moderator.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunan növbəti matçda Azərbaycan millisi ilə Qırğızıstan yığması üz-üzə gəlib.
Millimiz görüşdə rəqibini 4:0 hesabı ilə darmadağın edib.
Hesabı 53-cü dəqiqədə Tunar Bayramov açıb. Əli Bəşirov 70 və 75-ci dəqiqələdə, Roman Fərzəli isə 78-ci dəqiqədə adını tabloya yazdırıb.
Qeyd edək ki, günün növbəti oyunu Rusiya və Özbəkistan seçmələri arasında keçiriləcək.