Bizi sosial şəbəkələrdən izləyin:
"Qalatasaray"ın futbolçusu Viktor Osimhen UEFA Çempionlar Liqasında (ÇL) 10 qol vuran ilk nigeriyalı futbolçu olub.
Moderator.az xəbər verir ki, 27 yaşlı hücumçu buna İngiltərənin "Liverpul" klubuna qarşı matçın16-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirərək nail olub.
Osimhen Çempionlar Liqasında üç fərqli komandada - "Lill", "Napoli" və "Qalatasaray"da qol vuran nigeriyalı oyunçu olaraq adını tarixə yazdırıb.
Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasının II turunda İstanbulda "Liverpul"u 1:0 hesabı ilə məğlub edib.