Bizi sosial şəbəkələrdən izləyin:
Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunlarında badminton üzrə komanda yarışlarına start verilib.
Moderator.az xəbər verir ki, birinci günün nəticələrinə əsasən Ülvi Hüseynov, Leyla Camalzadə, Əli Gözəlov, Əmirxan İmanov, Nəzrin Mehrəlizadə və Yağmur Quliyevadan ibarət əsas Azərbaycan komandası "A" qrupunda ikinci yer tutaraq, yarımfinala adlayıb.
Qrupu ikinci sırada başa vuran əsas təmsilçimiz yarımfinalda "B" qrupunu lideri ilə qarşılaşacaq. Oyun saat 16:00-da başlayacaq.