01:23
18°C
Bakı
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli ilə bağlı planından sonra İsrail klublarının və milli komandalarının öz turnirlərindən kənarlaşdırılması ilə bağlı səsverməni dayandırıb.
Moderator.az xəbər verir ki, bu haqda “Sky” telekanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, Avropa futbol federasiyalarının rəhbərləri sülh danışıqları zamanı İsrail komandalarının fəaliyyətini dayandırmasını yanlış addım hesab edirlər. Bu məsələ ilə bağlı fövqəladə iclasın çağırılmadığı da qeyd olunur.