III MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək
İdman
307
08:58, Bu gün

III MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları davam edir.
 
Moderator.az xəbər verir ki, bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək.
 
Çövkən üzrə millimiz A qrupundakı ikinci oyununda Küveyt yığması ilə qarşılaşacaq. Şəki şəhər stadionunda reallaşacaq matç saat 12:30-da başlayacaq.
 
Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışları başlayacaq. Qəbələ Atıcılıq Mərkəzində isə stend atıcılığı yarışları davam edəcək.
 
Gəncə İdman Sarayında üzgüçülük və voleybol, Mingəçevirdə taekvondo, Yevlaxda isə boks yarışları keçiriləcək.
 
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər