01:50
17°C
Bakı
Türkiyə Superliqasının 7-ci turunda iddialı "Beşiktaş" doğma arenada autsayder "Kocaelispor"u qəbul edib.
Moderator.az xəbər verir ki, "qartallar" matçda sevinən tərəf olublar. Meydan sahiblərinin üç qoluna qonaqlar yalnız bir dəqiq zərbə ilə cavab veriblər - 3:1.
Bu qələbədən sonra İstanbul klubu xallarını 12-yə çatdıraraq turnir cədvəlində 5-ci yeri tutur. Komanda əksər rəqiblərinə nisbətən bir oyun az keçirib. "Kocaelispor" isə cəmi 2 xalla yarışın sonuncusudur.