19:56
18°C
Bakı
Azərbaycanın daha iki samboçusu III MDB Oyunlarında medal qazanıb.
Moderator.az xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarışların finalında təmsilçimiz Nihad Rəhimov (64 kiloqram) həlledici görüşdə rusiyalı Artem Xarisovla qarşılaşıb və rəqibini məğlub edərək qızıl medal əldə edib.
Digər təmsilçimiz Rüstəm Qasımzadə (58 kiloqram) isə finalda rusiyalı idmançıya uduzaraq gümüş medalla kifayətlənib.
Daha əvvəl Abdullətif Musayev (53 kiloqram) Özbəkistandan olan Qamzat Maksetbayevlə qarşılaşıb. Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.