Qurban Qurbanovdan
İdman
242
11:52, Bu gün

Qurban Qurbanovdan "Kopenhagen" AÇIQLAMASI

"Bizim üçün çempionatda hər oyun vacibdir. "Kopenhagen"lə matçı düşünmürdük. Sadəcə, ola bilər ki, heyət həmin oyuna görə formalaşıb. Çempionlar Liqası matçında 1-2 dəyişiklik ola bilər. Bunlar tam fərqli oyunlardır".
 
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
"Rəqiblər fərqlidir. Burada başqa cür hücumlar edirik, orada başqa fikirlər olacaq.
 
"Qəbələ" 5 müdafiəçi ilə oynayır, "Kopenhagen" isə 4 müdafiəçi ilə. Bəzən onlar da "beşli" müdafiə sistemində oynayır. Dünən bu sistemlə oynadılar. Bakıda fərqli sistem ola bilər.
 
Futbolçuların idman formasında bir az balans yox idi. "Araz-Naxçıvan"la matçda rotasiyalar etmişdik. "Kopenhagen"lə oyunda futbolçuların hazırlıq səviyyəsi yaxşı olmalıdır", - Q.Qurbanov qeyd edib. (sportinfo.az)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər