Üçqat dünya, beşqat Avropa çempionu İrina Sinetskaya vəfat etdi
İdman
307
11:09, Bu gün

Üçqat dünya, beşqat Avropa çempionu İrina Sinetskaya vəfat etdi

Rusiyanın əməkdar idman ustası, boksçu İrina Sinetskaya 48 yaşında həyatla vidalaşıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Boks Federasiyası məlumat yayıb.
 
"Üçqat dünya çempionu, beşqat Avropa çempionu, 11 qat Rusiya çempionu İrina Sinetskaya qadın boksunda ən titullu idmançı idi. İrina Sinetskayanın itkisi bütün boks ailəsi üçün böyük kədərdir", - deyə məlumatda qeyd olunub.
 
Sinetskaya üçqat dünya çempionudur (2001, 2002 - 67 kq-dək, 2006 - 80 kq-dək). Həmçinin dünya çempionatlarında gümüş (2005 - 66 kq-dək) və bürünc (2012 - 81 kq-dan yuxarı) medallar qazanıb. Beşqat Avropa çempionu olub (2001, 2003-2005 - 66 kq-dək, 2009 - 75 kq-dək).
 
1999-2005-ci illərdə Rusiya çempionu olub (66 kq-dək), həmçinin 2009-cu ildə (75 kq-dək), 2011, 2012 və 2014-cü illərdə (81 kq-dan yuxarı) milli çempionatın qızıl medallarını qazanıb.
 
2001-2012-ci illərdə Rusiya milli komandasının üzvü olub. 2014-cü ildə idman karyerasını başa vurub.
 
2003-cü ildə Rusiya Federasiyasının "Əməkdar idman ustası" adını alıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər