Misirli atlet 700 tonluq gəmini dişi ilə yerindən tərpətdi
İdman
238
08:00, Bu gün

Misirli atlet 700 tonluq gəmini dişi ilə yerindən tərpətdi

Misirdə atlet Əşrəf Mahrus 700 tonluq gəmini dişləri ilə yerindən tərpədib.
 
Moderator.az bu barədə "Associated Press" agentliyinə istinadla xəbər verir.
 
Bildirilir ki, ölkəsində məşhur olan 44 yaşlı idmançı kəndirin köməyi ilə gəmini suda dartıb.
 
Hadisə Qırmızı dəniz sahillərində baş verib. O, əvvəlcə gəmini yerindən tərpədib, sonra nailiyyətini sübut etmək üçün təxminən 1 150 ton ağırlığında iki gəmini dartıb.
 
Misirli video və fotoşəkilləri qiymətləndiriliməsi üçün Ginnesin Rekordlar Kitabına təqdim etməyi planlaşdırır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər