Türkiyə Superliqası:
İdman
346
28 Sep 2025 | 23:46

Türkiyə Superliqası: "Fənərbağça"dan inamlı qələbə

Türkiyə Superliqasında 7-ci turun oyunları keçirilir.

Moderator.az xəbər verir ki, "Fənərbağça" doğma meydanda "Antalyaspor"la qarşılaşmada azarkeşlərini sevindirib.

Oyunda əsas hadisələr ikinci hissədə yaşanıb. 65-ci dəqiqədə Taliskanın penaltidən dəqiq zərbəsi İstanbul klubuna hesabda üstünlük qazandırıb. 90+2-ci dəqiqədə isə Şimanski fərqi artırmaqla yekun nəticəni müəyyənləşdirib - 2:0.

Hazırda "Fənər" 15 xalla lider "Qalatasaray"ın ən yaxın izləyicisidir. Antalya təmsilçisi isə 10 xalla 8-ci pillədə qərarlaşıb.

Link kopyalandı!
Son xəbərlər