Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazandılar
İdman
174
14:55, Bu gün

Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazandılar

Macarıstanın Debretsen şəhərində keçirilən karatenin şinkyokuşinkay növü üzrə Avropa çempionatında Azərbaycan yığma komandası uğurlu nəticələr əldə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
 
Bildirilib ki, yarışda ölkəmizi Azərbaycan Karate Federasiyasının kontakt üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında milli komanda təmsil edib.
 
Solmaz Zeynallı (59 kq) və Səlahət Həsənov (80 kq) bürünc medal qazanıblar. Balaəmi Əhmədov (60 kq) gümüş medalla kifayətlənib.
 
Beynəlxalq yarışda ölkəmizi hakim qismində Allahverdi Rüstəmov və Samir Fərzəliyev də təmsil ediblər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər